image-n1karobka_ads
image-123
image-7mai36qo1hlirtvauk0xcw48w48quxozdky8jph7backend

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub – FOTO

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib. Məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir müavini Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Normunds Şmits isə öz növbəsində Latviyanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. Görüşdə kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Tərəflər Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-uis9o6qp3xyxmlftduguq5hsnqd69o1mwlryzndd image-doy1dg47oby2rj5kvel5uohrwsle995idjo1c1vc

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki