image-2000x150px
image-123
image-ads_atlas
image-8cd8afb4-c532-474e-b675-9a0b60b50e44backend

Professor Arif Əzizizn 80-illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb

image-728x90px

Muasir İncəsənət Muzeyində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının akademiki, Şöhrət ordenli, professor Arif Əzizizn 80-illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb. Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Media FM və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı ilə keçirilən sərgidə rəssamın yarıməsirlik zaman kəsimini əhatə edən yaradıcılıq fəaliyyəti əks olunub.
1970-ci illərindən başlayaraq, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışan Arif Aziz, ciddi tərzdə milli incəsənətimizin müasir mənzərəsinin formalaşmasına təsir göstərmişdir. Rəssamın bədii üslubunun erkən dövrəri 1960-cı illərə təsadüf edir. Təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində başlayan, daha sonralar Moskvada, demokratik prinsipləri ilə seçilən Ali Bədii-Sənaye Məktəbində, “Stroqanovka”da davam edir. Bakıya qayıtdığı məqamdan, 1971-ci ildən etibarən bu günədək Arif Azizin yaradıcılıq təcrübəsi pedaqoji fəaliyyət yanaşı davam edir. Məhz Azizin təşəbbüsləri ilə Azərbaycan Dövlət və Mədəniyyət Universitetində, Rəssamlıq fakültəsinin tərkibində “Dizayn və Dekortaiv-tətbiqi sənət” kafedrası təsis edilmişdir və hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir. 2004-2008-ci illərdə prof.Arif Əziz Türkiyədə – İstambuldakı Beykent Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Bu gün dünyanın fərgli məkamlarında Arif Əzizin tələbələri fərdi yaradıcılıqlarını inkişaf etdirir.
Yaradıcılığının ilkin mərhələlərində Arif Əziz qrafik qismində çalışmağa başlasada, tez bir zamanda fərqli sənət sahələrində yüksək nailiyyətlər əldə etməyə müvafiq olmuşdur. 1970-ci illərdə o, plakat, ekslibris, kitab illüstrasiyarı, açıqçalar, loqolar, maraqlı dizayn tərtibatları yaratmaşdır. Elə həmin illərdə Arif Əziz teatr-dekor sənəti sahəsində maraqlı əsərlər yaratmışdır. Bədii üslubunun formalaşmasında Arif Əzizin daim simvolizmə üstünlük verir, əsərlərində dekorativlik, obrazlı təfəkkür, ornamentallıq, simvolizm kimi arxeotipik amillərə əsaslanır. Janr seçimi baxımından onun rəngkarlığı rəngləri qədər əlvandır. Rəssamın gənclik dövründən müraciət etdiyi rəngkarlıq texnikaları illər boyu püxtələşdirilərək, hazırki mərhələdə mükəmməl fərdi manera qismində təqdim olunur. Yaradıçılığının müasir mərhələsində Arif Əzizin abstrak həlləri kontrastlar, rəng ziddiyyətləri, və ən əsası ritm ilə bağlıdır. Zaman keçdikcə rəssamın yaradıcı ruhu şərbəstləşir, rəsmi isə mürəkkəbləşir. 1990-cı illərdə onun bəyaza vizual meyilləri getdikcə artır. Rəssam xətt, ləkələr və faktura vasitəsi ilə ağ rəngin ritm potensialını genişləndirir, kətanın müstəvisini canlı, gizli dinamika ilə dolu, özəl nəfəsli daxili məkana çevirir.
Digər mühüm faktor Arif Əzizin təsviri dilinin universallığıdır. Onun yaşadığı bədii-estetik mühit, Abşeron iqliminin və landşaftının sərtliyi, uşaqlıq və gənclik illərinin ictimai-mədəni konteksti, xalq sənətinə sıx yaxınlığ daxili semantikanın formalaşmasında ciddi zəmin yaratmışdır. Quramanın, xalça və həsir naxışlarının konseptuallığı, cəsarətli kompozisiyalar rəssamın aparıcı xəttidir. Şərti, simvolik təsvir dilinin əsasını Arif Əziz mental, irsi ritmika ilə izah edir. Onun Afrika, Hindistan, Türkiyə, Fransaya həsr edilən silsilələrində, üslub və janr seçimindən asılı olmayaraq, hər bir mədəniyyətə özünəməxsus tərzdə mənsub olan incə, daxili və intim ritmlər rəssam tərəfindən aşkarlanır, onun təxəyyülündə kodlaşrırılır və təsviri əksini tapır.
Rəssamın çoxsayılı sərgilərdən fərqli olaraq hazırki konsept Arif Əzizin 65-illik peşəkar irsini tam və lakonik tərzdə əks edir. Burada onun ilk etüdlərindən, rəsm işlərindən başlayan yol getdikcə mürəkkibləşən avanqardizm və abstraksiya axtarışlarına, fərdi üslub və manerasının formalaşmasınadək izlənir.
Sərgidə Arif Əzizin yüzdən çox əsər nümayış olunur. Rəssamın klassik peşəkar irsi ilə yanaşı, 40 yaxın yeni əsər yer alır. Son illərdə aid eilən bu əsərlər pandemiya, xüsusi rejim şəraitində yaradılmışdır və “Bəyaz” üslubun təkəmül prosesini əks edir. Ekspozisiyanın tac əsərləri Qarabağ müharibəsində qazanılan şanlı Zəfərimizə həsr olunub. Şəbəkə fonunlu “Xarı-bülbül”, möhtəşəm “Dəmir yumruq” tablolarında Arif Əziz tanınan simvolları yeni bədii interpretasiyalarda təqdim edir.
Sərginin açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında Arif Əzizin dünya bədii müstəvisində nüfuzunu, onun özünəməxsus “Bəyaz” üslubununun qrafik əsaslarını qeyd etdi, rəssamın Azərbaycan sənətində avanqardizmin banislərindən olduğunu vurğuladı. Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək Arif Əzizin Azərbaycan və Türk incəsənətində müstəsnə rolunu qeyd etdi, onun yaradıcılığında “Bəyaz dövrü”nün fəlsəfi xüsusiyyətləri haqqında fikirlərini söylədi. Sənətşünaslıq üzrə fəlsədə doktoru Sevil Kərimova çıxışında sərginin konseptini izah edərək, Arif Əzizin yaradıcılığına dair şərhlər verdi. Açılış mərasimində Arif Əzizə Dədə Qorqud Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının təsisçisi Eldar İsmayıl tərəfindən “Dədə Qorqud” mükafatı təqdim olundu. Sonda Xalq rəssamı Arif Əziz sərginin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdi.
Sərgi 24.01.2023-cü il tarixinədək davam edəcək.
Sevil Kerimova Senetshunas felsefe doktoru

image-8cd8afb4-c532-474e-b675-9a0b60b50e44 image-77e4ac24-4a0c-4550-8b4d-3365b173a302 image-b44ef6e3-fb54-4ba6-8887-fafa5ee257d0

image-2c85b99f-44f6-4af5-a86d-1705e794af1f image-90d07d26-787d-4a97-8cbd-efb2227da98c image-bba597b0-c991-4f77-b281-3f2e9ffd3695 image-dcc6d8db-52a7-4854-ad9e-af1f347794df

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki