image-n1karobka_ads
image-123
image-1752489705385backend

Bakıda 9 yaşlı uşaq itkin düşüb – FOTO

image-ad_qayo_720x110px

İyulun 12-si, saat 15 radələrində Ferzəliyev Allahverdi adlı 9 yaşlı uşaq evdən çıxaraq geri qayıtmayıb.

Doğru.az xəbər verir ki, azyaşlı sonuncu dəfə velosipedlə evdən çıxarkən görülüb. Valideynlərinin bildirdiyinə görə, o, saat 13:00 radələrində Şəhidlər Xiyabanının yaxınlığında müşahidə edilib, daha sonra ondan xəbər alınmayıb.

Ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Səbail Rayon Polis İdarəsinə müraciət olunub və azyaşlının axtarışları başlanılıb.

Allahverdinin tapılmasında ictimaiyyətin köməyi də önəmlidir. Onu görən və ya hər hansı məlumatı olan şəxslərdən 102 xidmətinə və ya ən yaxın polis bölməsinə məlumat vermələri xahiş olunur.

DOĞRU.AZ

image-1752489923870

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki